UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında keçiriləcək “Roma”-“Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb. UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında keçiriləcək “Roma”-“Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

“Qarabağ” Romada bu heyətlə oyanayacaq

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - altıncı turunda İtaliya paytaxtında keçiriləcək “Roma”-“Qarabağ” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

AzNews.az xəbər verir ki, “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Dino Ndlovu, Mahir Mədətov, Riçard Almeyda, Əfran İsmayılov, Elvin Yunuszadə, Yakub Rzezniçak və Donald Gerye yer alıblar.

İtaliya təmsilçisinin ilk on birliyinə isə Alisson Beker, Radya Nainqolan, Kevin Strutman, Dieqo Perotti, Edin Dzeko, Aleksandar Kolarov, Daniele de Rossi, Federiko Fazio, Alessandro Florenzi, Kostas Manolas və Stefan El Şaravi daxil ediliblər.

Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşün baş hakimi almaniyalı Tobias Ştiler olacaq. Ona Mayk Pikel və Yan Sidel kömək edəcəklər. Əlavə köməkçi hakimlər Bastyan Dankert və Harm Osmers olacaqlar. Dördüncü hakim funksiyasını Kristian Qittelmann yerinə yetirəcək.