- Köhnə - İdman
- 15 Dekabr 2017 20:11
- 2 864
"Tətilə xoş hisslərlə gedirik" - Qriqorçuk
“Qələbə bizi növbəti mərhələyə çıxardı. İlk dövrəni xoş əhval-ruhiyyədə bitirdik. Tətilə xoş hisslərlə gedirik. Futbolçularımı təbrik etdim”.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qəbələ!”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Səbail”i 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konafransında deyib.
Ukraynalı mütəxəssis hazırda komandadan gedəcək futbolçuları müəyyənləşdirmədiyini bildirib:
“Hal-hazırda bu barədə nə isə deyə bilmərəm. Kim gələcək, kim gedəcək, bu barədə nə isə demək mümkün deyil. Hələ ki, bütün oyunçular bizimlədir”.