Cüdoçumuz beynəlxalq turnirdə medal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “World Masters” yarışına yekun vurulub.

AzNews.az Report-a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov 3-cü yer uğrunda mübarizədə ev sahibi Kiril Denisova qalib gələrək bürünc medala sahib olub.

Yarışın ilk günü Hidayət Heydərov da (73 kq) bürünc medal qazanıb.

46 ölkədən 212 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan milli komandası 7 cüdoçu ilə təmsil olunub.