Yeni bombardir Suarez!



İngiltərə Premyer Liqasının 28-ci turunda Liverpul rəqib meydanında Viqanı fərqli hesabla məğlub edərək son 5 ildə ilk dəfə "DV" stadionunda qalibiyyət əldə etdi.

Rəqibinin qapısından 4 cavasız top keçirdən qırmızıların ən sərras oyunçusu Luiz Suarez komandasının qalibiyyətində böyük pay sahibi oldu. Belə ki, 2-ci dəqiqə də Dovninqin qolu ilə önə keçən Liverpul 18, 34, 49-cu dəqiqələrdə Suarezin qolları ilə rəqibinə şok yaşatdı.
Luiz Suarez vurduğu qolların sayını 21-ə çatdıraraq bombardirlik siyahısında Roben Var persini 2 top geridə qoydu.

Fərid
AzNews.az