- Köhnə - İdman
- 13 Yanvar 2018 12:42
- 6 105
“Neftçi” Makedoniya klubu ilə qarşılaşacaq
Bakının “Neftçi” futbol klubunun Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib
AzNews.az xəbər verir ki, paytaxt klubu yanvarın 30-da Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” Antalyadakı hazırlıq prosesi dövründə yanvarın 22-də Rusiyanın “SKA-Xabarovsk”, 25-də Rumıniyanın “Konkordiya” və Bolqarıstanın “Slaviya”, ayın 27-də isə Rusiyanın “Krılya Sovetov” klubları ilə üz-üzə gələcək. Yanvarın 14-də isə “ağ-qaralar” “Keşlə” ilə qarşılaşacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq oyun saat 15:00-da start götürəcək (report).