"Azərbaycan apreldə keçiriləcək Qran Pridən sonra "Formula 1" rəhbərliyinə müqavilənin vaxtının uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını bildirəcək." "Azərbaycan apreldə keçiriləcək Qran Pridən sonra "Formula 1" rəhbərliyinə müqavilənin vaxtının uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını bildirəcək."

Azərbaycan "Formula 1"lə müqaviləni uzadacaq?

"Azərbaycan apreldə keçiriləcək Qran Pridən sonra "Formula 1" rəhbərliyinə müqavilənin vaxtının uzadılıb-uzadılmayacağı ilə bağlı qərarını bildirəcək."

AzNews.az xəbər verir ki, bu barədə Tass-a "Formula 1" Bakı mərhələsinin promouteri Arif Rəhimov deyib:

"Yaxın 3 ay ərzində, Azərbaycan Qran Prisindən sonra biz Formula 1 rəhbərliyinə müqavilənin müddətinin daha 5 il, yəni 2025-ci ilə kimi uzadıb-uzadılmayacağı ilə bağlı qərarımızı açıqlamalıyıq. Hər kəs anlayır ki, hazırki müqavilə qəbuledilməzdir. Ümid edirəm, "F-1"in hazırki rəhbərliyi də bunu anlayır. Təbii ki, söhbət kommersiya şərtləri, sponsor haqları və bizim ödədiyimiz xərclərdən gedir. Bizim eyni zamanda bu “kral yarışları”nı Azərbaycanda saxlamaq niyyətimiz var.” , - Arif Rəhimov belə qeyd edib.