“Dotasiyalar olmasa, "Formula 1"dən zərər edərik”

"Dövlətin dotasiyaları olmasa, "Formula 1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".

“Report”un məlumatına görə, bunu "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.

A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula 1"in təşkilindən qazanclıyıq".

AzNews.az