Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

AFFA “Qarabağ”ı cərimələdi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

AzNews.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XV turunun oyunlarında baş verənlər müzakirə olunub, müvafiq qərarlar verilib.

“Qarabağ” – “Qəbələ” matçının 72-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.