- Köhnə - İdman
- 16 Fevral 2018 13:47
- 6 335
Daha bir futbol klubunun prezidenti istefa verdi
“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tutduğu vəzifədən istefa verib.
AzNews.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
K.Quliyev şəxsi istəyi ilə vəzifəsindən ayrılıb.
“Sumqayıt” klubu Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür edir və gələcək işlərində uğurlar arzulayır.