Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib. Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib.

Gənc taekvondoçularımız qızıl və bürünc medallar qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib.

AzNews.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, turnirə altı idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan yığması bir qızıl və bir bürünc medala sahib olub.

Komandanınn üzvü Xanoğlan Kərimov (51 kq) “G1” kateqoriyalı yarışda rəqiblərindən üstün olaraq turnirin qızıl medalına layiq görülüb. Komandanın digər üzvü Bəhruz Quluzadə (48 kq) isə yarımfinaladək irəliləsə də, həlledici mərhələyə yüksələ bilməyib və bürünc medalla kifayətlənib.

Turnirin qalibi olan idmançılar 10 reytinq xalı qazanıblar.

Gənc taekvondoçular turnirə baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə qatılıblar.