- Köhnə - İdman
- 4 Mart 2018 19:25
- 4 292
Cüdoçularımızdan daha 3 medal - Fotolar
Antalyada yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku başa çatıb.
AzNews.az Report-a istinadən xəbər verir ki,beynəlxalq turnirin son günü millimiz aktivinə daha üç medal yazdırıb.
Oğlanların mübarizəsində İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (+90 kq) yalnız final görüşündə uduzaraq gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olub.
Yarışın ilk günündə millimizin üzvləri Vüsalə Kərimova qızıl, Səbinə Əliyeva isə bürünc medala layiq görülüb.