- Köhnə - İdman
- 28 Mart 2018 22:55
- 7 187
"İnanıram ki, yenidən bu şansı qazanacağam" - İbrahim Şehiç
“Rəqibi analiz edib, oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmalı idik. Çünki Seneqaldan daha çox qol imkanımız oldu”.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina millisi və “Qarabağ”ın qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
“İki yaxşı yoxlama oyunu keçirdik. Yeni məşqçilər korpusu ilə tanışıq. Hesab edirəm ki, bu komanda zamanla daha yaxşı oynayacaq. Kollektiv kimi daha da inkişaf edib, bizi qarşıda gözləyən böyük turnirə hazır olacağıq” deyə Şehiç bildirib.
Qeyd edək ki, Bolqarıstan və Seneqal milliləri ilə yoldaşlı görüşlərində "Qarabağ"lı qapıçı qapısını toxunulmaz saxlaya bilib (1:0; 0:0).
.