- Köhnə - İdman
- 29 Mart 2018 20:51
- 7 124
Dünya çempionatında 80 ildən sonra bir ilk yaşanacaq
Bu gün Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək hakimlərin siyahısı açıqlanıb.
AzNews.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
2018-ci il Rusiyada keçiriləcək dünya çempionatında 46 müxtəlif ölkədən olan 36 hakim və 63 hakim köməkçisi iştirak edəcək.
Maraqlı məqam isə ondan ibarətdir ki, dünya çempionatında Böyük Britaniyanı təmsil edən hakim olmayacaq.
Sonuncu dəfə belə hal 80 il bundan əvvəl - 1938-ci ildə baş vermişdi.