“Forbes” jurnalı dünya idmanında nüfuzlu qadınların reytinq siyahısını dərc edib. “Forbes” jurnalı dünya idmanında nüfuzlu qadınların reytinq siyahısını dərc edib.

Dünya idmanında nüfuzlu qadınların reytinq siyahısı “Forbes”də

“Forbes” jurnalı dünya idmanında nüfuzlu qadınların reytinq siyahısını dərc edib.

AzNews.az jurnalın saytına istinadən xəbər verir ki, siyahıda 19 ölkədən olan qadınların 25-nin adı var.

Reytinq cədvəlinə FIFA-nın baş katibi seneqallı Fatma Samura başçılıq edir. İkinci pillədə FIFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə seçilmiş ilk qadın - burundili Lidiya Nsekera yer alıb. O, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. UEFA-nın İcraiyyə Komitəsinin üzvü, Fransa Futbol Federasiyasının baş katibi Florens Arduen reytinqdə üçüncüdür.

İlk onluqda yer alan yeganə idmançı danimarkalı tennisçi Karolin Voznyatskidir. Karolin Voznyatski bu il dünyanın ikinci raketka ustası kimi “Böyük dəbilqə” turnirinin qalibi olub.