- Köhnə - İdman
- 7 Aprel 2018 16:16
- 6 968
Fransa klubunun 18 yaşlı futbolçusu vəfat etdi
Fransanın II Divizionunda çıxış edən “Havr” klubunun futbolçusu Samba Diop vəfat edib.
“Report” xəbər verir ki, 18 yaşlı müdafiəçi bu gecə dünyasını dəyişib.
Onun ölümünün səbəbi açıqlanmayıb.
Qeyd edək ki, S.Diop cari mövsümdə “Havr”ın əvəzedici heyətində 21 oyun keçirib.
Xatırladaq ki, ötən ay Fransanın “Tur” komandasının futbolçusu Tomas Rodriqes və İtaliya təmsilçisi “Fiorentina”nın kapitanı Davide Astore dünyasını dəyişmişdi.
AzNews.az