- Köhnə - İdman
- 10 Aprel 2018 19:39
- 7 630
“Aşağı yaş qruplarında oynatmağa uşaq tapmırıq” - Nadir Nəbiyev
"Son illər Tovuz və Gəncədə demək olar ki, futbolçu yetişmir".
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq üzvü, vaxtı ilə “Neftçi” və “Xəzər Lənkəran” komandalarının şərəfini qorumuş, hazırda isə yetirməsi olduğu “Turan Tovuz” klubunda icraçı-direktor kimi çalışan Nadir Nəbiyev müsahibə zamanı deyib.
O, Azərbaycan futbolu ilə bağlı bir sıra maraqlı nüanslara toxunub.
"Son illər Tovuz və Gəncədə demək olar ki, futbolçu yetişmir. Bunlar hamısı bölgələrin Premyer Liqada təmsil olunmaması ilə bağlıdır. Halbuki vaxtı ilə bu iki şəhərdən nə qədər istedadlı futbolçu çıxıb" ,- deyə Nadir bildirib.
Turan Tovuz”-un icraçı-direktoru həmçinin azərkeş məsələsi ilə bağlı da öz fikrini bildirib:
"Oyunlara əvvəlki kimi azarkeş gəlmir. Futbola maraq azalıb. Əvvəl oyun vaxtı stadiona 5-10 min azarkeş toplaşırdısa, indi 300-500 nəfər gəlir. Çempionatın səviyyəsi də əvvəlki illərlə müqayisədə aşağı düşüb".