Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək. Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

Bu gün Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək

Bu gün futbol üzrə Avropa Liqasında yarımfinalçılar müəyyənləşəcək.

"Report" xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra qitənin ikinci ən nüfuzlu klub turnirində mübarizəni davam etdirəcək komandalar bilinəcək. Ötən həftə baş tutmuş ilk matçlara əsasən, evdə Rusiya MOİK-ni 4:1 hesabı ilə məğlub edən İngiltərə təmsilçisi "Arsenal” tapşırığın öhdəsindən böyük ölçüdə gəlib.

İtaliyanın "Latsio” və İspaniyanın "Atletiko” komandaları doğma meydanda 2 cavabsız qolla qalib gəliblər. Lakin "Zaltsburq” və "Sportinq”in də tur keçmək şansları az deyil. Eyni sözü Almaniyada "Leyptsiq”ə 0:1 hesabı ilə uduzan Fransa "Marsel”inə də şamil etmək olar.

Avropa Liqası

1/4 final, cavab oyunları

23:05. "Zaltsburq” (Avstriya) – Latsio (İtaliya)

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:4

23:05. "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya)

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 0:2

23:05. MOİK (Rusiya) – "Arsenal” (İngiltərə)

İlk oyun – 1:4

Baş hakim: Feliks Tsvayer (Almaniya)

23:05. "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya)

Baş hakim: Born Keypers (Hollandiya)

İlk oyun – 0:1

AzNews.az