- Köhnə - İdman
- 14 Aprel 2018 20:10
- 7 293
“Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir” - Türkiyə yığmasının məşqçisi
Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir.
Bunu Trend-ə Türkiyənin batut gimnastikası yığmasının məşqçisi Şükrü Alp Arı deyib.
O qeyd edib ki, türkiyəli gimnastlar Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatından öncə ciddi hazırlıq keçiblər:
"Bizi fərdi yarışlarda iki gimnast və bir sinxron cütlük təmsil edir. Biz medallar uğrunda mübarizə aparmaq istəyirik".
Məşqçinin sözlərinə görə, Türkiyə nümayəndə heyəti turnirin təşkilindən çox razıdır: "Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildirmək istərdik. Düşünürəm ki, Azərbaycan böyük turnirlərin təşkilində bütün Avropadan irəlidədir".
Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.
Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.
AzNews.az