“Mançester Siti” futbol klubu İngiltərə çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib. “Mançester Siti” futbol klubu İngiltərə çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.

Premyer Liqanın qalibi məlum oldu - Fotolar

“Mançester Siti” futbol klubu İngiltərə çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.

AzNews.az xəbər verir ki, belə ki son turda səfərdə "Tottenhem"ə qalib gələn “Mançester Siti” klubu çempionluğu öncədən qeyd etmək üçün bu gün "Qırmızı Şeytanlar"ın məğlub olmasını gözləməli idilər.

Beləliklə də 34-cü tur çərçivəsində keçirilən matçda “şəhərlilərin” ən yaxın izləyicisi və əsas rəqibi “Mançester Yunayted” doğma meydanda 0:1 hesabı ilə “Vest Bromviç” klubuna məğlub oldu.

Bununla da “şəhərlilərin” çempionluğu rəsmiləşib.

Qeyd edək ki, “Mançester Siti” klubu tarixində 5-ci dəfə İngiltərə çempionu olub. Bu, Xosep Qvardiolanın klubla qazandığı sayca ikinci tituldur. Bundan əvvəl onun rəhbərliyi altında “Mançester Siti” Liqa Kubokunun qalibi olub.