"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib. "Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

"Qarabağ" vaxtından əvvəl Azərbaycan çempionu oldu

"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.

AzNews.az xəbər verir ki, Səfərdə Dani Kintananın 34-cü dəqiqədə cərimə zərbəsindən vurduğu yeganə qolla qalib gələn Qurban Qurbanovun komandası xallarını 59-a yüksəldib. Bununla da "Qarabağ" mövsümün başa çatmasına 4 tur qalmış 42 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" üçün əlçatmaz olub.

Bu, Ağdam komandasının ardıcıl 5-ci, ümumilikdə isə 6-cı çempionluğu kimi tarixə düşüb.

Eyni saatda start götürən "Neftçi" - "Qəbələ" görüşündə isə meydan sahibləri qalib gəlib. Ruslan Abışovun 4-cü dəqiqədə vurduğu qolla Azərbaycan Kubokunun yarımfinalında uduzduğu rəqibini üstələyən "ağ-qaralar" xallarını 37-yə çatdırıblar və "Zirə"ni keçərək, 4-cü pilləyə yüksəliblər.