"Qəbələ”nin kapitanı Cavid Hüseynovun Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz” üzərində 3:0 hesablı qələbədən sonra saytımıza müsahibə verib. "Qəbələ”nin kapitanı Cavid Hüseynovun Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz” üzərində 3:0 hesablı qələbədən sonra saytımıza müsahibə verib.

“Final görüşlərinin atmosferi tam fərqli olur” - Cavid Hüseynov

"Qəbələ”nin kapitanı Cavid Hüseynovun Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz” üzərində 3:0 hesablı qələbədən sonra saytımıza müsahibə verib.

O, əvvəlcə matçla bağlı fikirlərini "Report"la bölüşüb:

- Oyunun asan keçməyəcəyini düşünürdük, belə də oldu. Sadəcə, əlimizə düşən imkanları qola çevirməyi bacardıq. İlk yarıda 3 qolluq üstünlük qazandıq. Fasilədən sonra hesabı qorumaq barədə düşündük və istəyimizə çatdıq.

- Xeyli müddət idi ki, evdə azarkeşlərinizə qələbə sevinci bəxş etmirdiniz...

- Həqiqətən də evdə çoxdan idi qalib gələ bilmirdik. Şükürlər olsun ki, bu dəfə bacardıq və fanatlarımızı böyükhesablı qələbəylə sevindirdik.

- Mayda "Keşlə”ylə Kubokun final matçı var. Rəqibin turnir cədvəlindəki mövqeyi arxayınçılığa əsas vermir?

- Qətiyyən! "Keşlə” yaxşı komandadır. Hazırda da uğurlu qrafik cızmaqla yanaşı, yaxşı oyun sərgiləyirlər. Final bir oyundan ibarətdir. Bu cür görüşlərin atmosferi tam fərqli olur. Həmin matça çox ciddi hazırlaşırıq.

AzNews.az