- Köhnə - İdman
- 30 Aprel 2018 15:40
- 6 791
Güləşçilərimizə yarımfinalda rusiyalı idmançılar rəqib oldu
Bu gün Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı start götürüb.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində mübarizə olub.
Üç idmançımız yarımfinala vəsiqə qazanıb. Bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Onların hər üçünün də 1/2 finaldakı rəqibi meydan sahibi Rusiya idmançıları olacaq.
55 kq
1/4 final
Eldəniz Əzizli – Nuqzar Surtsumia (Gürcüstan) 9:0
63 kq
1/8 final
Taleh Məmmədov – Levani Kavcaradze (Gürcüstan) 0:4
77 kq
1/8 final
Elvin Mürsəliyev – Rikkardo Vito Abbreşia (İtaliya) 12:8
1/4 final
Elvin Mürsəliyev – Mixal Volnı (Polşa) 7:2
87 kq
1/8 final
İslam Abbasov – Roman Jernovetski (İsrail) 9:0
1/4 final
İslam Abbasov – Viktor Lörinç (Macarıstan) 3:1
130 kq
1/8 final
Türmən Eyyubov – Vladislav Voronyi (Ukrayna) 0:3