Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Qadın güləşçimiz 7 qat Avropa Çempionu oldu - Fotolar

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

AzNews.az xəbər verir ki, Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı keçirilir.

Komandamızın lideri Mariya Stadnik 50 kq üzrə görüşlərdə əvvəlcə Almaniya və rusiyalı həmkarlarını məğlub edərək yarımfinala çıxıb.

Mariya Stadnik yarımfinal görüşündə də vaxtından əvvəl qələbə qazanmaqla adını finala yazdırıb. Həlledici görüşdə güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Cəmi 32 saniyə ərzində rəqibini döşəyə çıxmağa peşiman edən Mariya Stadnik Avropa çempionatında növbəti qızıl medalını qazanıb. Bunubla da güləşçimiz 7 qat Avropa Çempionu olub.

Qeyd edək ki, Mariya 2015-ci il Avropa Oyunlarının da qalibi olub.

image description image description image description image description image description