“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub. “Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfərdə “Göztəpə”ni məğlub edərək tarixində 21-ci dəfə çempion olub.

AZƏRTAC xəbər verir ki, sonuncu tur ərəfəsində rəqiblərindən üç xal öndə olan “Sarı-qırmızılar”a çempion olmaq üçün səfər matçında heç-heçə də kifayət edirdi. Fatih Terimin komandası rəqibini 1:0 hesabı ilə qalib gələrək 75 xalla Türkiyə Superliqasının 2017/2018-ci il mövsümünü turnir cədvəlinin birinci pilləsində başa vurub.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi matçın 66-cı dəqiqəsində qonaq komanda hesabı açıb. İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis meydan sahiblərinin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, cari çempionatın bombardirinin Superliqadakı 29-cu qolu olub.

Çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbağça” klubu “Konyaspor”u 3:2, “Başakşehir” isə “Kasımpaşa”nı 3:2 hesabı ilə məğlub edib. Dördüncü yerdə qərarlaşan “Beşiktaş” isə “Sivasspor”a 5:1 hesabı ilə qalib gəlib.

Beləliklə, “Fənərbağça” və “Başakşehir” 72 xalla müvafiq olaraq turnir cədvəlində ikinci-üçüncü yerləri bölüşüblər. “Beşiktaş 71 xalla dördüncü, “Trabzonspor” 55 xalla beşinci sırada qərarlaşıb.

AzNews.az