Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt” “Zirə”yə 1:2 uduzaraq Avropa Liqasına getmək şansını itirib. Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt” “Zirə”yə 1:2 uduzaraq Avropa Liqasına getmək şansını itirib.

Samir Abasov istefa verdi

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Sumqayıt” “Zirə”yə 1:2 uduzaraq Avropa Liqasına getmək şansını itirib.

AzNews.az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Samir Abasov istefa verib.

40 yaşlı mütəxəssis qərarını "Zirə"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu komandada sonuncu oyunudur:

“Bu, mənim “Sumqayıt”da sonuncu oyunumdur. Belə şərtlərdə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam”.