"Qarabağ" kapitanı Rəşad Sadıqovla yeni müqavilə imzalayacaq. "Qarabağ" kapitanı Rəşad Sadıqovla yeni müqavilə imzalayacaq.

Rəşad Sadıqov daha 1 il "Qarabağ"da

"Qarabağ" kapitanı Rəşad Sadıqovla yeni müqavilə imzalayacaq.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə müqavilənin müddətinin daha 1 il uzadılması haqda razılığa gəlinib.

R.Sadıqov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı təklifin baş məşqçi Qurban Qurbanovdan gəldiyini söyləyib. Yeni müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.

Qeyd edək ki, R.Sadıqov 2011-ci ildən heç bir klub dəyişmədən "Qarabağ"da oynayır. Buna qədər isə o, 2009/10 mövsümündə də Ağdam klubunda çıxış edib.