- Köhnə - İdman
- 6 İyun 2018 18:35
- 7 109
Millimizin üzvü Almaniya klubu ilə müqavilə imzaladı?
Futbol üzrə 19 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Barış Ekincier bu gün klubu "Bohum"la yeni müqavilə imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, ötən ilin yayında "Essen"dən transfer edilən və ilk 1 ili klubun U-19 komandasında keçirən Ekincier bundan sonra əsas kollektivə cəlb ediləcək. 19 yaşlı futbolçunun "Bohum"la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Barış Ekincier 19 yaşlılardan ibarət milli komandamızın heyətində 8 oyun keçirib.
AzNews.az