“Real” klubunun portuqaliyalı ulduz hücumçusu Kriştianu Ronaldu klubu tərk edib etməyəciyi ilə bağlı yekun qərara gəlib. “Real” klubunun portuqaliyalı ulduz hücumçusu Kriştianu Ronaldu klubu tərk edib etməyəciyi ilə bağlı yekun qərara gəlib.

Ronaldu yekun qərarını bildirdi - Klubdan gedir? (Foto)

“Real” klubunun portuqaliyalı ulduz hücumçusu Kriştianu Ronaldu klubu tərk edib etməyəciyi ilə bağlı yekun qərara gəlib.

AzNews.az xəbər verir ki, bu haqda “Record” qəzeti məlumat yayıb.

Ronaldu komandanı tərk etməyə hazırlaşır, futbolçu bununla bağlı yekun qərara gəlib.

Belə ki, futbolçu klubun prezidenti Florentino Peres və baş direktoru Xose Anxel Sançesin ona olan münasibətindən narazıdır. Ronaldunun sözlərinə görə, onlar portuqaliyalı forvarda daha yaxşı şərtlərlə müqaviləni uzatmağı vəd etsələr də, bu baş verməyib.

Bir neçə gün əvvəl “kral” klubunun rəhbərliyi forvardın portuqal agenti Jorje Mendeşə bildirib ki, Ronaldunun istəklərini yerinə yetirə bilməyəcək.

Ronaldunun “Realı” tərk edəcəyi ilə bağlı şayələr Çempionlar Liqasının finalından sonra yayılıb.

Qeyd edək ki, ulduz futbolçu ilə sabiq komandası "Mançester United" və Fransanın "PSG" klubu yaxından maraqlanır.

Həmçinin onu da bildirək ki, oyunçunun Transfer dəyəri 170 milton Avro göstərilir.

Xatırladaq ki, mayın 26-da “Real”ın heyətin meydana çıxan Ronaldu Çempionlar Liqasının beşinci dəfə qalibi olaraq, turnirin rekordçusuna çevrilib. “Liverpul”a qarşı keçən və 3:1 hesabı ilə nəticələnən matçda Ronaldu fərqlənə bilməyib.

Ronaldu 2009-cu ildən bəri “Real”ın şərəfini qoruyur.