- Köhnə - İdman
- 8 İyun 2018 12:19
- 7 453
Ramil Quliyevin daha bir uğuru
Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda qalib olub.
"Report"un məlumatına görə, 28 yaşlı idmançı Norveçin paytaxtı Osloda təşkil olunan yarışın 5-ci mərhələsində 19.90 saniyə ilə bütün rəqiblərini geridə qoyub.
Kanadalı Aaron Braun 19.98 saniyə ilə ikinci, trinidad və tobaqolu Cerim Riçards isə 20.19 saniyə ilə üçüncü olub.
Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub.
AzNews.az