- Köhnə - İdman
- 8 İyun 2018 14:55
- 7 460
“Yuventus” Buffona əvəzləyici tapdı
Canluici Buffonla yolları ayıran “Yuventus” təcrübəli qapıçıya əvəzləyici tapıb.
“Qafqazinfo” xəbər verir ki, Turin təmsilçisi “Cenoa”nın qolkiperi Mattia Perini transfer edib.
“Qoca sinyora" 25 yaşlı “əlcək sahibi” ilə razılıq əldə edib. “Yuventus” bu keçid üçün 12 milyon avro təzminat ödəyib. Tibbi müayinədən keçən İtaliya millisinin üzvü 5 ilik müqaviləyə imza atacaq.
AzNews.az