- Köhnə - İdman
- 9 İyun 2018 22:27
- 7 551
“Qəbələ” Macarıstan klubuna qalib gəldi
Macarıstanda 15 yaşadək futbolçular arasında Qallini dünya kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, "Qəbələ"nin U-15 komandası Budapeştdə keçirdiyi ilk oyunda yerli "Dinamo Star" klubu ilə üz-üzə gəlib. "Qırmızı-qaralar" bu matçda 2:1 hesablı qələbə qazanıblar.
Komandamızın qollarını Kamal Kazımov və Ümüd Həmzəyev vurublar.
"B" qrupunda mübarizə aparan "Qəbələ" ikinci oyununu İtaliyanın "Venetsiya" klubuna qarşı keçirəcək.
AzNews.az