- Köhnə - İdman
- 10 İyun 2018 18:49
- 7 435
Premyer Liqada son kubok qalibi fəaliyyətini dayandırdı
Rusiya Premyer Liqasında son kubok qalibi olan "Tosno" klubu fəaliyyətini dayandırıb.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Diviziona düşən Sankt-Peterburq təmsilçisi maliyyə böhranı səbəbindən bağlandığını elan edib.
2013-cü ildə yaradılan klub Rusiya kubokunun son qalibi idi.
"Tosno" kubok qazansa da, borcları səbəbindən Avropa Liqasına buraxılmamışdı.