Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” transfer fəaliyyətini davam etdirir. Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” transfer fəaliyyətini davam etdirir.

“Qarabağ” İtaliyadan futbolçu almaq istəyir

Çempionlar Liqasında çıxış edəcək “Qarabağ” transfer fəaliyyətini davam etdirir.

“Qafqazinfo” İtaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən “Çezena”nın yarımmüdafiəçisi Kərim Laribini transfer etmək istəyir.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, 27 yaşlı sol cinah yarımmüdafiəçisi 2016-cı ildə “Sassuolo”dan “Çezena”ya icarə verilmişdi. Ötən il isə o, birdəfəlik “Çezena”ya transfer olub.

İtaliyanın “İnter” klubunun yetirməsi olan Laribi, gənc yaşlarında “Fulhem” və “Palermo”da da çıxış edib.

Laribi İtaliyanın U-20 və U-21 millilərində çıxış etsə də, 2017-ci ildə Tunis millisində dəvət alıb və 1 oyun keçirib.

AzNews.az