Braziliya mundiala heç-heçə ilə başladı

Beşqat dünya çempionu Braziliya mundiala qələbəsiz başlayıb.

"Apasport.az" xəbər verir ki, Cənubi Amerika təmsilçisi iyunun 17-də İsveçrəni sınağa çəkib.

Pentakampeonlar ilk yarıda hesabı açsa da, fasilədən sonra üstünlüyü əldən verib.

Braziliya – İsveçrə - 1:1

Qollar: Koutinyo, 20 - Suber, 50

Hakimlər: Sezar Ramos, Malvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti (Panama)

Rostov. “Rostov Arena”

AzNews.az