Yığmamız qələbə qazana bilmədi

2014 dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız Lüksemburqun qonağı olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisi bəzi anlarda hesabı açmağa cəhd göstərsə də oyunda hesab açılmayıb və millimiz qələbə qazanmağa borclu olduğu görüşdən , 0-0 hesablı bərabərliklə ayrılıb. Bu heç-heçə ilə 3-cü xalını toplayan Azərbaycan yığması qrupda elə 5-ci yerdə də qalıb.

Qeyd edək ki, millimizin növbəti oyunu martın 26-da Bakıda Portuqaliya millisinə qarşı olacaq.

AzNews.az