İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər. İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.

Siyasi jest edən bu futbolçular cəzalandırıla bilər - Foto

İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.

“Report” xəbər verir ki, FİFA hazırda DÇ-2018-in qrup mərhələsində Serbiyaya qol vurduqdan sonra (2:1) Albaniyanın rəmzi olan qartal işərəsi göstərən futbolçuların hərəkətlərini araşdırır.

Onların təxribat xarakterli hərəkətləri İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən, 5000 İsveçrə frankı məbləğində cərimə və 2 oyunluq diskvalifikasiya nəzərdə tutur.

Ali futbol qurumu bu hərəkətin təxribat xarakterli olub-olmadığını araşdırmaq üçün şahid və ekspertləri sorğulamağı planlaşdırır.

AzNews.az