Argentina milli komandasının yarımmüdafiəçisi Ever Baneqa bu gün Fransaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirib. Argentina milli komandasının yarımmüdafiəçisi Ever Baneqa bu gün Fransaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirib.

“Messi ilə oynamaq hər zaman xoşdur” - Baneqa

Argentina milli komandasının yarımmüdafiəçisi Ever Baneqa bu gün Fransaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, bütün komandanın Messidən nümunə götürməli olduğunu deyib.

Baneqa komanda çox vacib matça çıxacaqlarını vurğulayıb: “Çox vacib oyuna çıxırıq. Bizim üçün böyük oyun olacaq. Messi ilə oynamaq hər zaman xoşdur. Hamımız onun nəyə qadir olduğunu bilirik. Nigeriyaya qarşı keçirdiyimiz oyunda təcrübə qazandı.

Messi komanda üçün ən yaxşısını etdi. Biz hamımız komandamızın maraqları uğrunda meydana çıxırıq. Fransa da bizim üçün güclü rəqibdir. Bu matçda Messini topla təmin edib rahat oynamasına şərait yaratmalıyıq. Turnirin başlanğıcında da bunu etmək istədik amma rahat olmadı. Son matçda isə müəyyən qədər həyata keçirdik. Messi millidə böyük oyunçudur və ümid edirəm ki, illərlə buna sadiq olacaq”.

AzNews.az