Ağcabədi və Goranboyda yanğın olub. Ağcabədi və Goranboyda yanğın olub.

4 otaqlı ev külə döndü

Ağcabədi və Goranboyda yanğın olub.

AzNews.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda ümumi sahəsi 150 m² olan talvarın lambirdən ibarət tavanı, altında dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonunun Todan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik ümumi sahəsi 40 m² olan köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.