DÇ-da daha bir sensasiya - İspaniya Mundialla vidalaşdı

Bu gün daha bir 1/4 finalçı məlum oldu.

AzNews.az xəbər verir ki, Rusiya millisi artıq 1/4 finaldadı.

Gərgin keçən matç dramatik sonluqla başa çatıb.

Belə ki, İspaniya millisi ilə qarşılaşan Rusiya yığması oyunun sonuna qədər 1-1 hesablı heç-heçəni qoruyub saxlaya bilib.

"Ekstra-time"-da da qalib müəyyənləşmədiyinə görə, penalti zərbələrinə müraciət olunub.

Penalti zərbələrində isə daha dəqiq olan ev sahibləri 1/4 finala yüksəliblər.

Qeyd edək ki, bu dəfəki Mundial favorit komandaların çempionatla erkən vidalaşması ilə yadda qalıb.

Xatırladaq ki, son dünya çempionu olan Almaniya yığması isə öz çıxışını qrup mərhələsində dayandırmışdı. Həmçinin, Messili Argentina və Ronaldulu Portuqaliya yığması da dünən keçən matçda mundiala əlvida deyiblər.

Murad Abdulla

AzNews.az