Braziliya millisi Rusiyada keçirilən Mundialda yeni rekorda imza atıb. Braziliya millisi Rusiyada keçirilən Mundialda yeni rekorda imza atıb.

Braziliyadan Dünya Çempionatında yeni rekord

Braziliya millisi Rusiyada keçirilən Mundialda yeni rekorda imza atıb.

AzNews.az xəbər verir ki, Meksika ilə qarşılaşmada Neymarın 51-ci dəqiqədə vurduğu qol tarixi rekordu müəyyənləşdirib.

Belə ki, bu qol Braziliya yığmasının dünya çempionatlarında vurduqları 227-ci qol olub.

Bununla da "Sambaçı"lar Mundial tarixində ən çox qol vuran komandaya çevrilib.

Buna qədər isə rekord 226 qol vuran Almaniyaya məxsus idi.