Bakının “Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Bakının “Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

“Neftçi”nin növbəti qələbəsi - 4:1

Bakının “Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşıb. Görüş “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində Rəhman Hacıyev dubl edib, Baqali Dabo və Namik Ələskərov hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub edən “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.

AzNews.az