İsveç millisinin baş məşqçisi Yanne Andersson dünya çempionatının ¼ final mərhələsində İngiltərəyə 0:2 hesabı ilə uduzduqları oyundan danışıb. İsveç millisinin baş məşqçisi Yanne Andersson dünya çempionatının ¼ final mərhələsində İngiltərəyə 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.

“İngiltərə ən azı finalda oynayacaq” - Andersson

İsveç millisinin baş məşqçisi Yanne Andersson dünya çempionatının ¼ final mərhələsində İngiltərəyə 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis britaniyalıların ən azı finala qədər irəliləyəcəyini bildirib:

“Çox yaxşı rəqiblə qarşılaşdıq. Futbolumuzu göstərə bilmədik. İlk yarım saatda matçı idarə etdik. Amma İngiltərə künc zərbəsindən qol vurdu. Onlar çox yaxşı müdafiə olunurdular. Ən azı 3 qol şansımız oldu, amma vura bilmədik.

Buna baxmayaraq İngiltərə qələbəyə layiq idi. Onlar finalda olmalıdırlar. Hətta çempion olmağa da layiqdirlər. Çox yaxşı komandadır. Sautqeyt ağıllı mütəxəssisdir. İngiltərə ən azı finalda olacaq”.

AzNews.az