Rusiyada keçirilən Mundialın final oyununda bir sıra dövlət başçıları da iştirak edəcək. Rusiyada keçirilən Mundialın final oyununda bir sıra dövlət başçıları da iştirak edəcək.

Dövlət başçıları DÇ-2018-in finalında

Rusiyada keçirilən Mundialın final oyununda bir sıra dövlət başçıları da iştirak edəcək.

AzNews.az-ın məlumatına görə, bu barədə Rusiya prezidentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, final oyununda 11-12 dövlət başçısının iştirakının gözlənilir.

Uşakovun sözlərinə görə, müxtəlif ölkənin başçıları, bir neçə nazir və digər yüksək vəzifəli nümayəndələr final matçında iştirak edəcək.

Rusiya prezidenti Vladimir Putinin final oyununda Xorvatiya və Fransa prezidentləri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, final oyunu Fransa və Xorvatiya yığmaları arasında olacaq. Görüş Moskavanın "Lujniki" stadionunda keçirələcək. İyulun 15-də keçiriləcək matç Bakı vaxtı ilə 19:00-da başlanacaq.