İspaniya vergi orqanları İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunu cərimələyib. İspaniya vergi orqanları İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunu cərimələyib.

Ronaldo İspaniya vergi orqanlarına 19 milyon avro ödəyəcək

İspaniya vergi orqanları İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunu cərimələyib.

"Report" "EFE" agentiyinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu pul cəzasını ödəməyi qəbul etdiyi üçün həbs olunmayacaq.

Portuqaliyalı forvard faiz və məhkəmə xərcləri ilə birgə İspaniya xəzinəsinə 19 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınıb. 2009-cu ildən "Real Madrid"də çıxış edən Ronaldunun iyulun 10-da "Yuventus"a transferi açıqlanıb.