- Köhnə - İdman
- 28 İyul 2018 22:34
- 6 198
Cudoçularımızdan daha bir möhtəşəm uğur - 1 qızıl, 2 gümüş

Almaniyanın paytaxtı Berlində gənclərin Avropa kuboku yarışı keçirilir.
AzNews.az-a Azərbaycan Cudo federasiyasından verilən məlumata əsasən, yarışın ilk günü cüdoçularımız 3 medal əldə ediblər.
60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tofiq Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tofiq Avstriya, Kanada, Rusiya, Almaniya, Rumıniya və Qazaxıstan cüdoçularını məğlub edərək Berlində qızıl medala sahib olub.