- Köhnə - İdman
- 19 Avqust 2018 16:14
- 3 987
"Həmişə birinci yeri tutmağa çalışacağam" - 7 yaşlı 3 qat çempion
"Bakıda keçirilən bədii gimnastika üzrə "GymBala" adlı beynəlxalq turnirdə qazandığım qələbəni məşqçimə həsr etmək istəyirəm".
AzNews.az xəbər verir ki, bunu Trend-ə turnirdə 2011-ci il təvəllüdlü gimnastlar arasında sərbəst, halqa ilə hərəkətlər və çovnövçülük yarışında qalib olan "Ocaq Sport" klubunun nümayəndəsi Azadə Atakişiyeva deyib.
O, Milli Gimnastika Arenasında ilk dəfə çıxış etdiyini bildirib: "Bura çox xoşuma gəldi. Doğmalarım da məni dəstəkləməyə gəlmişdilər. Biləndə ki, onlar yanımdadırlar, mənə çıxış etmək asan olur, hərçənd heç həyəcanlanmadım".
A.Atakişiyeva turnirdə 3 qızıl medal qazandığına görə çox sevindiyini bildirib: "Öz çıxışımdan çox razıyam. Daha çox məşq edəcəyəm ki, həmişə birinci yeri tutum".