- Köhnə - İdman
- 26 Avqust 2018 22:21
- 6 698
Azərbaycan derbisində sülh bağlandı
Bu gün Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Qarabağ" klubu "Neftçi"ni qəbul edib.
AzNews.az xəbər verir ki, ölkənin ən prinsipial qarşılaşması hesab olunan bu oyunda qalib müəyyənləşməyib.
Matç 1-1 hesablı heç-heçə ilə başa çatıb.
Oyunda ilk qolu "Flaqmanımız" vurub. "Neftçi"nin heyətində 28-ci dəqiqədə Kvame Karikari fərqlənib.
"Ağdamlılar" isə bu qola yalnız 71-ci dəqiqədə cavab verə bilib. Status-kvonu bərpa eləyən qolun müəlifi isə İnnosent Emeqara olub.