- Köhnə - İdman
- 29 Mart 2013 08:28
- 2 077
Avropa çempionatı 13 fərqli ölkədə keçiriləcək

Lozannada keçirilən toplantıda UEFA, Avro 2020-nin 13 fərqli ölkədə keçirilməsi qərarını açıqlamışdı
Sofiyada yığışan UEFA üzvləri isə bu qərarı ilə təklifi təsdiq etdi. Buna görə də, Avro 2020-nin 13 fərqli ölkədə keçirilməsi dəqiqləşdi.
AzNews.az xəbər verir ki,Alınan qərara görə, hər ölkəyə bir şəhər və bir stadion Avro 2020-ci ilə ev sahibliyi edəcək. İndiki vəziyyətdə ev sahibi ölkələr turnirə birbaşa vəsiqə qazanırlar. Yeni qərara görə isə, bu qanun ləğv edilir.
Qruplara qatılacaq ölkələr iki yolla buna nail ola biləcəklər. Bunlardan biri standart qrup oyunları ilə, digəri isə 1/4 , yarım final və final oyunları ilə.
Uefa, 2014-cü ilin İyul ayında turnirin hansı şəhərlərdə keçiriləcəyinə qərar verəcək.
Fərid
AzNews.az