Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında bu gün II tur matçına çıxıb. Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında bu gün II tur matçına çıxıb.

Dünya çempionatı: Azərbaycan millisi ilk qələbəsini qazandı

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında bu gün II tur matçına çıxıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, C qrupunun oyununda rəqib Cənubi Koreya yığması olub. Kobe şəhərində təşkil olunmuş qarşılaşmadan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib ayrılıb - 3:1. İlk 2 seti 25:18 hesablı üstünlüklə tamamlayan Azərbaycan millisi üçüncü setdə ciddi müqavimətlə üzləşib. Nəticədə Cənubi Koreya seti öndə tamamlayıb - 25:23. Lakin dördüncü set həlledici olub. Qarayevin komandası yenə 25:18 hesablı üstünlüklə görüşün taleyini həll edib.

Bu, dünya çempionatında ilk qələbə olub. Birinci turda Azərbaycan ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzub. Bu gün isə ABŞ Trinidad və Tobaqonu 3:0 (25:11, 25:11, 25:11) hesabı ilə məğlub edib. Saat 14:20-də Tailand Rusiya matçı başlanacaq.

Qeyd edək ki, bu oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Sonrakı 2 yerdə gedən Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədir. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.

Dünya çempionatı

C qrupu

30 sentyabr

11:10. Azərbaycan - Cənubi Koreya - 3:1 (25:18, 25:18, 23:25, 25:18)

AzNews.az