Asiya futbolu Şeyxə tapşırıldı

Bəhreynli Şeyx Salman bin İbrahim Əl Xəlifə Asiya Futbol Konfederasiyasının (AFC) yeni rəhbəri seçilib

Trend Türiyənin "Hürriyyət" onlayn-qəzetinə istinadən məlumat verir ki, Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən seçkilərin nəticəsində rüşvət iddiaları səbəbindən futboldan ömür boyu uzaqlaşdırılan qətərli Məhəmməd bin Hammamın 9 illik rəhbərliyi başa çatıb. Salman FIFA İcraiyyə Komitəsi üzvlüyünə də seçilib.

"Şeyx Salman bin İbrahim Əl Xəlifəni seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Salmanın ən əsas məqsədi AFC daxilində birliyi təmin etmək olmalıdır", - FIFA prezidenti Zepp Blatter deyib.

AzNews.az